Trampa daha bir ŞOK: dünya o şəxsi dörd gözlə gözləyir

10-11-2019, 05:06           
Trampa daha bir ŞOK: dünya o şəxsi dörd gözlə gözləyir
ABŞ prezidenti Donald Tramp haqqında impiçment işi açılması üçün məktub yazan gizli şəxs Nümayəndələr Palatasında ifadə verəcək.

Publika.az xəbər verir ki, Respublikaçılar Partiyasının senatorları 2020-ci prezident seçkilərinə namizəd olan Co Baydenin oğlu və Ukrayna görüşünə dair şikayət ünvanlayan gizli şəxsin ifadə verməsini tələb edib.

Onlar bu məsələ ilə bağlı Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Adam Şiffə şahid siyahısı göndərib. Respublikaçı Devin Nunes sədrin bütün şahidləri çağırmasını, əks təqdirdə, impiçmentin ədalətli olmayacağını deyib. Şiffin hamısını olmasa da, şahidlərdən bir qismindən imtina edəcəyi gözlənilir.

Qeyd edək ki, Donald Tramp 2020 prezident seçkilərindəki rəqibi Co Baydenin oğlunun Ukraynada keçən həyatını araşdırmaq üçün Vladimir Zelenskiyə tapşırıq vermək və təzyiq göstərməkdə ittiham olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.