İranın VİRAN çatı – Ölkəni etiraz dalğaları bürüdü - VİDEO-GÖRÜNTÜLƏR

16-11-2019, 07:11           
İranın VİRAN çatı – Ölkəni etiraz dalğaları bürüdü - VİDEO-GÖRÜNTÜLƏR
İranda bu gün yanacaq qiymətinin artmasının ciddi sosial partlayışlara
gətirib çıxaracağını yazmışdıq (İranda böyük inflyasiya - 200%: Ölkədə sosial partlayış gözlənilir). Nə yazıq ki, proqnozumuz özünü doğrultdu.

Bu gün youtube kanalına düşən video-görüntülər İranda bahalaşmaya qarşı kütləvi etirazların başlandığından xəbər verir. Xüsusilə dini radikalların (mühafizəkar) oylağı kimi tanınan Məşhəd və Şirazda etiraz dalğalarının daha geniş vüsət alması siam əkizlərinə bənzəyən İran idarəetmə mexanizminin ölkənin ən çətin anından bir-birinə qarşı istifadə etdiklərinin də göstəricisidir.

Məlum olduğu kimi, Məşhəd İran teokratizminin mərkəzi kimi tanınır. Benzin qiymətlərinin bahalaşmasına isə Ruhani rəhbərliyi altındakı dünyəvi hakimiyyət qərar verib. Görünən budur ki, Xamenei rejimi öz mühafizəkarlığı ilə uçurumun qarşısına gətirdiyi İranın bu çətinliyinin fakturasını Ruhani hakimiyyətinin ayağına yazmaq istəyir.

Xarici basqılarla çarpışan İranın bir də daxildən bu cür çat atması və hər böhranda bu çatın bir az da böyüməsi qonşu dövlət üçün yaxşı heç nə vəd etmir. Azərbaycan xalqı öz soydaşlarının azadlıqlarının verilməsini arzulasa da, İranın bu günə düşməsini ürək ağrısıyla izləyir.

Çox uzatmadan İranın VİRAN çatına çevirən etiraz dalğalarının video-görüntülərini Ovqat.com oxucularına təqdim edirik:
Məşhəd



Şiraz





Şircan

Əhvaz


Xuzəstan

Maşəhr

Kərəc













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.