Fransa Daxili İşlər Nazirliyi "sarı gödəkçələr"in etirazlarının 53-cü günü qüvvələri səfərbər edir

16-11-2019, 05:33           
Fransa Daxili İşlər Nazirliyi "sarı gödəkçələr"in etirazlarının 53-cü günü qüvvələri səfərbər edir
Fransa Daxili İşlər Nazirliyi şənbə günü fəaliyyətlərinin ilk ildönümünü qeyd etmək niyyətində olan "sarı gödəkçələr"in etirazılarının 53-cü günündə asayişi təmin etmək üçün tədbirlər görür. Təkcə Parisdə ən az 2,5 min jandarma və xüsusi təyinatlı polis qüvvələri səfərbər ediləcək, bunlara bir neçə min bələdiyyə polisi qatılacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Fransa DİN-i, əvvəlki aylarda olduğu kimi, etirazçılara qarşı planlarını açıqlamamaq üçün hər hansı bir rəqəm verməkdən imtina edir. Parisdə və Paris bölgələrində bütün polislər tətil və istirahət günlərindən geri çağrılıb və digər bölgələrdən paytaxta əlavə qüvvələrdə köçürülüb.

Paris polisinin prefekturası şəhərin mərkəzi hissəsində hər hansı bir nümayişlərin qəti qadağan olunduğu bir neçə zonanın yaradıldığını elan edib.

Bütün məhdudlaşdırıcı tədbirlər yalnız şənbə günü deyil, bazar günü də tətbiq ediləcək.

Ümumilikdə, "sarı gödəkçələr" Bordo, Lille, Lyon, Marsel, Nantes və Tuluza kimi böyük şəhərlərdə daxil olmaqla ölkədə ən az iki yüz aksiya keçirmək niyyətindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.