Putindən texnologiya nəhənglərinə zərbə

3-12-2019, 00:02           
Putindən texnologiya nəhənglərinə zərbə
"Yeni sənəd Rusiyanın biznes maraqlarını müdafiə edir"

Rusiya prezidenti Vladimir Putin elektron avadanlıqlara qabaqcadan rus dilində proqram təminatının yazılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

“RİA Novosti” xəbər verir ki, bununla da rus proqram təminatı olmayan “texniki inkişaf etmiş avadanlıqlar”ın 2020-ci ilin iyulun 1-dən ölkə ərazisində satışına qadağa qoyulub. Həmin məhsulların siyahısını Rusiya hökuməti özü təyin edəcək. Qanun layihəsinin smartfonlara, “smart” funksiyalı kompüter və televizorlara tətbiq olunacağı gözlənilir. Sənədin müəlliflərinin fikrincə, yeni sənəd Rusiyanın biznes maraqlarını müdafiə edir.

Xatırladaq ki, sözügedən qanuna daha əvvəl Apple, Samsung ve Huawei kimi texnologiya nəhəngləri qarşı çıxmışdı.(qafqazinfo.az)шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.