İranda məktəblərin fəaliyyəti dayandırılıb –SƏBƏB

3-12-2019, 00:07           
İranda məktəblərin fəaliyyəti dayandırılıb –SƏBƏB
İranda 6 gün ərzində (23-29 noyabr) 12 838 nəfər hava çirkliliyinə görə, xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, onlardan 5,1 min nəfəri tənəffüs, 7,73 min nəfəri isə ürək problemləri olan şəxslər olublar.

Təşkilat sədri əlavə edib ki, ən çox İsfahan, Əlborz və Tehran vilayətlərində müraciət halları qeydə alınıb. O, hava çirkliliyi vəziyyətinin davam etdiyinə görə, vətəndaşlara zəruri hallar olmadığı halda mənzildən çıxmamağı məsləhət görüb.

Qeyd edək ki, hava çirkliliyinə görə bu gün İranın bir sıra vilayətlərində məktəblərin fəaliyyəti dayandırılıb. Belə ki, Tehranda məktəblər, universitetlər və ali təhsil müəssisələri, Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunda orta məktəblər, İsfahan, Əlborz, Qum və Rəzəvi Xorasanında bir sıra orta məktəblərin fəaliyyəti dayandırılıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.