ABŞ sanksiyalarına məruz qalmış Rusiya gəmisi Sinqapurda HƏBS EDİLDİ

6-12-2019, 14:26           
ABŞ sanksiyalarına məruz qalmış Rusiya gəmisi Sinqapurda HƏBS EDİLDİ
Hurriyyet.org xəbər verir ki, Sinqapurda Rusiyaya məxsus gəmi həbs edilib. Borcları ilə bağlı ABŞ-ın sanksiyasiyasına məruz qalmış “Sevastopol” gəmisini saxlayan Sinqapur limanı rəhbərliyi məhkəmə yolu ilə gəmini satmağa nail olmaq istəyir.

ABŞ 2018-ci ilin avqustunda KXDR ilə bağlı siyahıya 6 Rusiya gəmisini, o cümlədən “Qudzon” və “Sevastopol”u daxil eləmişdi. ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, bu siyahıya düşmüş gəmilər KXDR-ə emal edilmiş neft məhsullarının daşınmasında iştirak ediblər. Gəminin məxsus olduğu “Qudzon” şirkəti isə bu iddianı rədd edir. Şirkətin baş direktorunun müavini Oleq Anikin deyib: “Gəmi Sinqapura yan alanda, köməkçi mühərrikləri sındı. Sinqapurun təmir şirkətlərinə müraciət eləsək də, gəmi sanksiya altında olduğundan şirkətlərin 80 faizi onu təmir eləməkdən imtina etdi, razılaşanlar isə ödəyə bilməyəcəyimiz bahalıqda qiymət qoydular. Rusiyadan təmirçilər gtirməyə çalışsaq da, Sinqapur hakimiyyəti müxtəlif bəhanələr ilə onları limana yaxın buraxmadılar. Nəticədə dayanacağa görə borc yarandı və gəmi həbs edildi”. Anikin borcun qədərini dəqiqləşdirməyib. Şirkətlər gəmiyə yanacaq da satmırlar. Gəminin göyərtəsində 12 nəfər heyət üzvü var. Gəmi həbsdə olduğundan heç kim oraya daxil ola və oradan çıxa bilmir. “Məhkəmə 17 dekabr tarixinə təyin edilib. Rəsmi Sinqapur ümid edir ki, məhkəmə gəmini ona verəcək və nəticədə paroxod ABŞ sanksiyalarından azad olduğu üçün onu sata biləcək”- deyən “Qudzon” təmsilçisi əlavə edib ki, şirkət Rusiya konsulluğuna müraciət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.