Makron Zelenskiyə görə rus jurnalistlərə qəzəbləndi:“Bu ana qədər qaydaları mən müəyyən edirəm, siz yox..."

11-12-2019, 07:52           
Makron Zelenskiyə görə rus jurnalistlərə qəzəbləndi:“Bu ana qədər qaydaları mən müəyyən edirəm, siz yox..."
Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskidən Donbasa səfər üçün akreditasiya istəyən rusiyalı jurnalistlərə əsəbiləşib.

“Normandiya formatı” çərçivəsində keçirilən toplantıdan sonra keçirilən mətbuat konfransı zamanı Zelenski rusiyalı müxbiri Donbasa dəvət edib.

Bu dəvətdən sonra digər rusiyalı jurnalistlər də Donbasa səfər üçün akreditasiya verilməsini istəyib və zalda səs-küy yaranıb.

Bu zaman Makron söhbətə müdaxilə edərək vəziyyəti sakitləşdirmək istəyib:

“Bu ana qədər qaydaları mən müəyyən edirəm, siz yox… Prezidentin sözünün bitirməsinə icazə verməli idiniz. Təşəkkür edirəm, burada qaydaları siz təyin etmirsiniz. Güman edirəm, məsələ aydındır. Dörd sual verilməli idi və verildi. Səbriniz və fəaliyyətiniz üçün təşəkkürlər”.

Axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.