Medvedev Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilib - Sərəncam

16-01-2020, 19:19           
Medvedev Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilib - Sərəncam
Putin Medvedevi Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edib...

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının sədri Rusiya Prezidenti Vladimir Putindir.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Prezidenti “Rusiya Federasiyasının Hökuməti haqqında” Fərman imzalayıb və Baş Nazir vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib. Fərmanın birinci bəndi kabinetin istefasını elan edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.