Medvedev istefa verdiyi gün büdcədən 127 milyard xərcləyib

17-01-2020, 01:19           
Medvedev istefa verdiyi gün büdcədən 127 milyard xərcləyib
Bu gün Dumanın təsdiqi və Putinin imzası ilə Rusiyanın yeni Baş Naziri Mixail Mişustin təyin olunub. Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub

Dmitri Medvedev Rusiya Baş Naziri vəzifəsindən istefa verməmişdən az əvvəl "Lider" atom buzqıran gəmisinin tikilməsi üçün büdcədən 127 milyard rubl ayrılması barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə hüquq məlumatları üzrə rəsmi internet portalda qeyd olunub.

Sifarişi yerinə yetirmək "Zvezda" zavoduna həvalə olunub. Dünyanın ən güclü buzqıranı olacaq gəminin 2027-ci ildə təhvil verilməsi planlaşdırılır. O, Şimal dəniz yolunda il boyu naviqasiyanı təmin edəcək.

Dmitri Medvedev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra hökumətin istefaya getdiyini bildirib.

Bu gün Dumanın təsdiqi və Putinin imzası ilə Rusiyanın yeni Baş Naziri Mixail Mişustin təyin olunub. Dmitri Medvedev isə Putinin əmrilə yeni yaradılan Təhlükəsizlik Şurası sədrinin köməkçisi vəzifəsinə təyin olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.