Zelenski Baş Nazirin istefa ərizəsini qəbul etməyib

18-01-2020, 00:00           
Zelenski Baş Nazirin istefa ərizəsini qəbul etməyib
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş Naziri Aleksey Qonçarukun istefa ərizəsi ilə bağlı müraciətinə cavab olaraq, ona və hökumətə daha bir şans verməyə hazır olduğunu deyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Zelenski bu barədə Qonçaruku qəbul edərkən bildirib.

“Bu gün sizdən istefa məktubu aldım. Bilirsiniz, sizə və sizin hökumətinizə daha bir şans vermək qərarına gəldim”, - deyə Prezident qeyd edib.

Zelenski kabinetdə dəyişikliklərin ola biləcəyini də istisna etməyib: “Sizin onlara təklif etdiyiniz bu və ya digər maaş müqabilində işləyə bilməyən nazirlərdən hansısa biri ilə vidalaşmaq bizim üçün, yəqin ki, çətin olacaq. Onlarla vidalaşmaq çətin olsa belə, vidalaşmalı olacağıq”.

Ukrayna Prezidenti parlamentə təqdim etmək üçün Baş Nazirdən fevralın 4-dək görüləcək işlər barədə hesabat hazırlamağı da tapşırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.