İran Səudiyyə ilə barışmaq istəyir - Pakistan təsdiqlədi

18-01-2020, 08:52           
İran Səudiyyə ilə barışmaq istəyir - Pakistan təsdiqlədi
İran hakimiyyəti regionda bütün ölkələrlə, o cümlədən Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Tehrandan səfərdən qayıdan Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi deyib.

“Düşünürəm ki, İran hakimiyyəti Səudiyyə, Bəhreyn, Suriya, İraq, Liviya - bir sözlə, regionda bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığa hazırdır”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, regiondakı gərginlik fonunda İran və Səudiyyə arasında siyasi yaxınlaşmanın olacağı barədə informasiyalar yayılmaqdadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.