Tramp Süleymaninin öldürülməsini hər dəqiqəsini izləyib: 2 dəqiqə 11 saniyə sonra...+ FOTO

19-01-2020, 10:43           
Tramp Süleymaninin öldürülməsini hər dəqiqəsini izləyib: 2 dəqiqə 11 saniyə sonra...+ FOTO


Moderator.az EADaily-ə istinadən xəbər verir ki, 18 yanvarda CNN telekanalı ABŞ prezidenti Donald Tramp-ın Respublika Partiyasının sponsorları ilə qapalı görüşünün səs yazısına əsaslanaraq, Amerika lideri İran generalı Qasim Süleymaninin ölümünün hər anını birbaşa izləyib.

Görüş 17 yanvarda dövlət başçısının Mar-a-Laqo (Florida) iqamətgahında keçirilib. Tramp, xüsusi vasitələrdən istifadə edərək Süleymaninin Bağdadın beynəlxalq hava limanına gəlişini və İran generalının “Həşdi-Şabi”nin başçısının müavini Əbu Mehdi əl-Muhəndis ilə görüşünü necə izlədiyini ətraflı izah edib.

ABŞ prezidenti səhvən 2003-cü ildə yaradılan , 3 min döyüşçünün olduğu “Haşdi-Şaabi”nin bir hissəsi olan “Kataib Hizbullah”ın əvəzinə, əl-Mühəndisini Livan şiə partiyası “ Hizbullah”ın lideri adlandırıb.

Trampa görə, onun tərəfindən sanksiyalaşmış əməliyyat imkan verib ki, "birinin qiymətinə ikisi məhv edilsin". ABŞ prezidenti, eyni zamanda "bir neçə mil yüksəklikdə səmadakı kameralar"ın köməyi ilə bu əməliyyatı izləyən ABŞ hərbçilərinin radio danışıqlarını dinlədiyini söyləyib.

Amerika lideri Süleymani bir hərbiçinin, Süleymani və əl-Mühəndisinin yaşaması üçün "iki dəqiqə 11 saniyə", sonra təxminən bir dəqiqə, sonra 30 saniyə və s. qalması barədə dediyi sözlərini də xatırladıb. Geri hesablama başa çatdıqdan sonra bir partlayış baş verdiyini deyən Ağ evin sahibinin sözlərini teleşirkət sitat gətirib.

Nəşrin yazdığına görə, iclasda Tramp iranlı generalın ABŞ haqqında necə danışdığına qəzəblənib və ritorik bir sual da verib ki, “buna daha nə qədər dözmək olardı”.

Yanvarın 13-də keçirdiyi mətbuat konfransında çıxış edən ABŞ Ədliyyə Nazirliyinin rəhbəri Uilyam Barr əməliyyatı qanuni baxımdan legitim adlandırıb. Öz növbəsində, İranın Ali Məhkəməsinin sədri Ebrahim Raisi, generalın öldürülməsinə görə Tehranın ABŞ prezidentini məhkəməyə vermək niyyətində olduğunu söyləyib. Raisi məhz hansı beynəlxalq quruma ərizə verəcəyini dəqiqləşdirməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.