Zelenski İranda vurulmuş təyyarədə həlak olanların cəsədlərini belə qarşılayır - VİDEO

19-01-2020, 19:03           
Zelenski İranda vurulmuş təyyarədə həlak olanların cəsədlərini belə qarşılayır - VİDEO
Bu gün Kiyev aeroportunda İranda vurulan təyyarədə həlak olanların cəsədləri qarşılanır.



Teref.az-ın xəbərinə görə, qarşılanma mərasimində Prezident Vladimir Zelenski başda olmaqla hökumət nümayəndələri, sadə vətəndaşlar iştirak edir.



Tehrandan Kiyevə 11 nəfərin cəsədi göndərilib. Onlardan doqquzu sərnişin, ikisi isə ekipaj üzvüdür.



Tabutlar Ukrayna bayrağına bükülü vəziyyətdə, matəm musiqisinin müşaiyəti ilə təyyarədən endirilir.



Aeroportda həlak olan şəxslərin mənsub olduğu ölkələrin – İran, Kanada, Britaniya və İsveçrə bayraqları dalğalanır.Oxu.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.