Benzin və dizel yanacağı bahalaşıb - Gürcüstan

20-01-2020, 00:00           
Benzin və dizel yanacağı bahalaşıb - Gürcüstan
Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalaşıb.

Teref.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından asılı olaraq 8 tetridən 16 tetriyədək bahalaşıb.

Dizel yanacağının qiyməti isə 16 tetridən 29 tetriyədək bahalaşıb.

Hazırda Gürcüstanda yanacaq doldurma məntəqələrində əla markalı (A-98) benzinin bir litri 2,68-2,78 lari (90-95 ABŞ senti), premium (A-95) markalı benzin 2,59–2,65 lari, requlyar markalı (A-92) benzin isə 2,45-2,57 lariyə satılır. Avro dizelin bir litri 2,66-2,79 lariyə, adi dizel yanacağı isə 2,69-2,71 lariyədir.

Bu qiymətlər 2019-cu ilin dekabr ayındakı qiymətlərlə eynidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.