Tehran və Kiyev vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər

21-01-2020, 09:34           
Tehran və Kiyev vurulan təyyarə ilə bağlı razılıq əldə etdilər
İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami Prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, görüşdə Tehranda yanlışlıqla raketlə vurulan təyyarə ilə bağlı məsələni müzakirə ediblər. Tərəflər təyyarənin bütün qalıqlarının Ukraynaya qaytarılması və İrandan mütəxəssislərin Kiyevə gələrək “qara qutu”nun tədqiqində iştirak etmələri barəsində razılıq əldə ediblər.

Görüşdə həlak olanların ailələrinə təzminat verilməsi məsələsi də müzakirə olunub.

Ukrayna Prezidenti V.Zelenski bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.