ABŞ-da ilk koronavirus daşıyıcısı aşkarlanıb

22-01-2020, 08:26           
ABŞ-da ilk koronavirus daşıyıcısı aşkarlanıb
ABŞ-da 2019-nCoV – yeni növ koronavirus xəstəliyinin səbəb olduğu ilk pnevmoniyaya yoluxma halı təsdiqlənib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib.

“The Washington Post” qəzeti bildirib ki, hadisə Vaşinqton ştatında aşkarlanıb. Virus təxminən 30 yaşlarında, bu yaxınlarda Çindən gəlmiş bir kişidə aşkar edilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.