“İndi sərhəddən 200 km uzaqda Rusiyanı izləyə biləcəyik” - Stoltenberq

23-01-2020, 00:49           
“İndi sərhəddən 200 km uzaqda Rusiyanı izləyə biləcəyik” - Stoltenberq
İtaliyadakı Siqonella avtabazasında NATO-nun ilk pilotsuz hava kəşfiyyatı (Alliance Ground Surveillance) sistemi fəaliyyətə başlayıb. Sistem Rusiya ərazilərinin dərinliklərinə “nəzər salmağa” imkan verəcək.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq «Verdens Gang» qəzetinə bəyan edib.

“Onlar (pilotsuz uçaqlar -red.) NATO ölkələrinin ərazisi üzərində uçacaqlar. Amma bizimlə qonşu olan ölkənin dəriliklərində nələrin baş verdiyini görə biləcəklər və baş verənləri xeyli yaxşı anlamağa imkan verəcəklər. Əgər bizim belə imkanımız 2014-cü ildə, Rusiya hərbi güclə Krımı ilhaq edən zaman olsaydı, baş verənləri daha dəqiq anlamağa imkan verərdi” - Stoltenberq bildirib.

Stolteberq qeyd edib ki, ilk iki pilotsuz uçaq (RQ-4D Phoenix) ABŞ-dan Siciliyaya gəlib. Sistem əməliyyat hazırlığı vəziyyətinə bir neçə aydan sonra çıxacaq, daha üç dron ilin axırına qədər gələcək.

Bunlar alyans ərazilərinə və oradan kənarlara nəzarət etməyə imkan verəcək - Arktiadan Saxelə, Atlantikadan Şərqi Avropaya qədər.

Belə sistemlər istənilən hava şəraitində yerdə və suda hərəkəti qeydə alıb ötürə və hətta partlayıcı maddələri aşkarlaya bilir.

Bundan əvvəl belə sistem yalnız ABŞ-da var idi. İndi isə alyansın bütün ölkələri onunla əməliyyat apara bilər.

Kompleksə 600 nəfərdən ibarət personal xidmət göstərəcək. NATO onlardan həm də Şimali Afrikada vəziyyəti monitorinq etmək, Aralıq dənizində miqrant gəmilərinin hərəkətinin monitoriqi məsələlərində istifadə edəcək.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.