Putin özünə iki yeni köməkçi təyin etdi

24-01-2020, 11:38           
Putin özünə iki yeni köməkçi təyin etdi
Rusiya Prezidenti Vladimir Putin iki yeni köməkçinin təyin edilməsi ilə bağlı fərman imzalayıb.

KONKRET.AZ xəbər verir ki, fərmana əsasən, Vladimir Medinski və Maksim Oreşkin prezidentin köməkçiləri təyin olunub.

Bundan başqa, Baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, Vladimir Medinski bundan əvvəl Mədəniyyət naziri, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri vəzifələrində çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.