Postsovet ölkəsində 10 milyon insan “yoxa çıxıb”

25-01-2020, 00:58           
Postsovet ölkəsində 10 milyon insan “yoxa çıxıb”
Ukrayna əhalisi dayanmadan azalır. Həm artım yoxdur, həm də ölkədən gedənlərin sayı çoxalıb.

Teref.az xəbər verir ki, Ukraynada say azalması hökuməti də ciddi narahat edir. Nazirlər kabinetinin rəhbəri Dmitri Dubilet mətbuat konfransı keçirərək problemin əhəmiyyətini ictimaiyyətə çatdırmaq istəyib. Onun dediyinə görə, 2001-ci ildən sonra Ukraynada 10 milyon nəfərə qədər “yoxa çıxıb”. 19 il əvvəl postsovet ölkəsində 48,457 milyon insan yaşayırmış. İndi ölkə sərhədləri daxilində cəmi 37 milyon 289 min nəfər qalıb.

Əlbəttə, Dubilet Krım, işğal altında olan Donetsk, Luqansk vilayətlərinin əhalisini nəzərə almır. Amma nəzərə alınsa belə, ciddi fərq olmayacaq. Faktiki 10 milyon nəfərə yaxın azalma var.

BMT-nin hesabatları da Ukraynanın gələcəyi ilə bağlı nikbin düşünməyə əsas vermir. Orada, adətən, əsrin sonlarına doğru əhalinin sayının xeyli az olacağı yazılır. /Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.