Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb

25-01-2020, 06:08           
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
“Ukraynada yeni növ koronavirusla bağlı şübhəli bilinən üç hal qeydə alınıb. Onlardan ikisi təsdiqlənməyib”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Zoryana Skaletskaya Əməliyyat qərargahının iclasında məlumat verilib.

Bildirib ki, hələ də şübhəli bilinən virusa yoluxma hadisəsi aparıcı epidemioloqların iştirakı ilə araşdırılır.

Xalq Sağlamlığı Mərkəzinin baş direktoru vəzifəsini icra edən İqor Kuzin əlavə edib ki, koronavirus diaqnozunun təsdiqlənməsi iki-üç həftə çəkə bilər.

Qeyd edək ki, hökumətin qərarı ilə koronavirusun Çindən Ukraynaya yayılmasının qarşısının alınması məqsədilə Əməliyyat qərargahı yaradılıb. Təhlükəli virusla əlaqədar Kiyev hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.