Suriya Türkiyə ilə sərhədin böyük bir hissəsinə nəzarəti bərpa edib

25-01-2020, 08:22           
Suriya Türkiyə ilə sərhədin böyük bir hissəsinə nəzarəti bərpa edib
"Vəziyyət yaxşılaşır, terrorçuların nəzarət etdiyi ərazilərin miqyası azalmağa davam edir" - deyə Lavrov bəyan edib

Suriya hökumət qüvvələri Türkiyə və İraqla sərhədin böyük bir hissəsinə nəzarəti bərpa edib.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Vəziyyət yaxşılaşır, terrorçuların nəzarət etdiyi ərazilərin miqyası azalmağa davam edir. Təbii ki, İdlib zonası, həmçinin ölkənin şimal-şərqində terror qruplaşmalarının qalıqlarının zərərsizləşdirilməsi işlər aparılır", - deyə Lavrov BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Qeyr Pedersonla görüşdən əvvəl bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.