Almaniyada ilk koronavirusa yoluxma hadisəsi qeydə alınıb

28-01-2020, 06:22           
Almaniyada ilk koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Almaniyada 2019-nCoV koronavirusuna ilk yoluxma hadisəsi qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Bavariya Federal Torpağının Səhiyyə Nаzirliyi bildirib.

Nazirlik qeyd edib ki, koronavirus Ştarnberq rayonundan olan kişidə aşkarlanıb.

"O, həkim nəzarəti altındadır və təcrid edilib, - xəbərdə vurğulanır.

Xatırladaq ki, ilk dəfə Çində qeydə alınan bu virus sonralar daha bir neçə ölkədə də qeydə alınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.