İraq “OPEK+” razılaşmasını təhdid altında qoydu

6-06-2020, 10:45           
İraq “OPEK+” razılaşmasını təhdid altında qoydu
İraq “OPEK+”un neft hasilatının azaldılması ilə bağlı razılaşmasını neft hasilatını azalda bilməməsi ucbatından təhdid altında qoyub.

Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

Məlumata görə, İraq neftin hasilatını mayda 25% azaltmaq barədə razılıq versə də, bunu cəmi 10% miqdarında reallaşdıra bilib. Bunun razılaşma iştirakçıları arasında ən pis göstərici olduğu vurğulanıb.

Bağdadın belə addıma getməməsinin əsas səbəbinin ölkədə yoxsulluq səviyyəsinin artması göstərilib. Belə ki, dövlət gəlirlərinin 90%-ni enerji daşıyıcılarının satışından əldə edən İraqın hasilat azalmasını nəticəsində maliyyə böhranı ilə toqquşacağından ehtiyat etdiyi qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.