Yaponiya ABŞ-dan raketdən müdafiə sistemləri almayacaq
26-06-2020, 00:16
Eastnews.org-un verdiyi xəbərə görə, Yaponiya Şimali Koreyadan gələcək təhdidlərə qarşı ABŞ istehsalı olan raketdən müdafiə sistemləri ilə bağlı qərarını dəyişib.
Bu barədə Yaponiya Müdafiə naziri Kono Taro jurnalistlərə açıqlamasında bildirib.
Nazir vurğulayıb ki, Yaponiya ABŞ-dan raketdən müdafiə sistemləri almaq barədə fikrini dəyişib.
"Biz hələ ki bu sistemləri almaq istəmirik. Lakin yaxın tarixdə hansısa təhdid hiss etsək yenidən bu barədə qərarımıza baxa bilərik", - deyə Kono Taro qeyd edib.