Texas "COVİD-19"-a təslim olur - Qubernator məhdudiyyətləri qaytarır

26-06-2020, 00:04           
Texas "COVİD-19"-a təslim olur -
ABŞ-ın Texas ştatının hökuməti koronavirus pandemiyasına görə tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması prosesini dayandırmaq barədə qərar qəbul edib. Buna yeni yoluxma hallarının sürətli artımı səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbotun saytında məlumat verilib.

Qərara əsasən, indiyədək fəaliyyətinə icazə verilmiş sahələrdə işlər davam edəcək, amma yeni sahələrə tətbiq olunmuş məhdudiyyət qaldırılmayacaq.

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ-da koronavirusa yoluxma halları aprel ayındakı rəqəmləri ötüb keçib. Florida, Texas və Arizona ştatlarında pandemiya başlayandan bəri ən yüksək yoluxma sayı qeydə alınmaqdadır.

Q.Ebbot bildirib ki, əsas diqqəti virusun yayılmasının qarşısının alınmasına yönəltməyə məcburdular:

"Bununla biz Texas əhalisinə ailəsini dolandırmaq üçün iş yerini itirməməyə kömək etmiş oluruq”.

Onun sözlərinə görə, məhdudiyyətlərin qaldırılmasındakı müvəqqəti pauza virusun yayılmasının qarşısını alaraq digər sahələrdə də fəaliyyətin davam etdirilməsi üçün şərait yaratmağa imkan verəcək.

Qeyd edək ki, Texas məhdudiyyətləri qaldırmağa başlayan ilk ştatlardan biridir. Hazırda ştatda restoranlar, ticarət mərkəzləri, kinoteatrlar, kitabxanalar və muzeylər müştəri dolumu 25 faizdən artıq olmamaq şərtilə fəaliyyət göstərir. Bundan əlavə, bərbərxana, gözəllik salonları, kiçik istehsalçılar, idman zalları açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.