Rusiyanın “Vaqner” qrupu Liviyanın ən böyük neft yatağını ələ keçirdi, Tripoli dünyaya səsləndi - Xalqın çörək qapısını ələ keçirdilər, nə atəşkəs…

29-06-2020, 00:05           
Rusiyanın “Vaqner” qrupu Liviyanın ən böyük neft yatağını ələ keçirdi, Tripoli dünyaya səsləndi - Xalqın çörək qapısını ələ keçirdilər, nə atəşkəs…
Liviya ordusu suriyalı muzdlular və Pantsir hava hücumundan müdafiə sistemləri daşıyan Rusiya təyyarələrinin Sirtədəki Əl-Qırdabiyə bazasına eniş etdiyini açıqlayib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Sirtə və Cufra Birgə Əməliyyat dairəsinin sözçüsü general Abdulhadi Dırah, Rusiyaya məxsus Antonov və Ilyuşin yük təyyarələrinin üsyanıların nəzarətindəki bazaya ən azı 11 dəfə eniş etdiyini açıqlayib.

Dırah sözügedən təyyarələrdə suriyalı muzdlular və Rusiya istehsalı olan 6 Pantsir hava hücumundan müdafiə sistemi və silah-sursat daşındığını qeyd edib.

Iki gün əvvəl isə Rusiyanın “Vaqner” silahlı qrupu və digər xarici muzdlu döyüşçülər Şerara Neft Sahəsinə girib. Fizan bölgəsindəki "qara qızıl mədəni" kimi tanınan Şerara neft yatağı ölkənin ən yüksək xam neft hasilatına malik neft yatağı sayılır. Liviya ordusunun üsyançı general Xəlifə Haftara bağlı silahlılara qarşı son nailiyyətlərindən sonra Şerara Neft Sahəsində istehsal bərpa edilmişdi, lakin Haftar tərəfdarı silahlı qruplar istehsalı yenidən dayandırıb.

Liviya Xarici İşlər Nazirliyi Haftarın tərəfində döyüşən Rusiyanın “Vaqner” silahlı qrupunun, Sudanın Cancavid milisləri və digər terror qruplarının regional və beynəlxalq təhlükəsizliyi təhdid etdiyini bəyan edib.

Ölkəni muzdlu döyüşçülərdən və dəstəkçilərindən təmizləmək üçün əməliyyatların davam etdiyini bildirən Xarici İşlər Nazirliyi, Liviyada neft şirkəti olan bütün ölkələri "muzdluları və onları dəstəkləyən ölkələri ifşa etmək və onlara beynəlxalq sanksiyalar tətbiq edilməsində" dəstək olmağa çağırıb.

Liviyanın daxili işlər naziri Fethi Başa isə, “Vaqner” muzdlularının neft yataqlarını ələ keçirməsinin ölkənin milli təhlükəsizliyini təhdid etdiyini söyləyib.

Liviya Ordusunun sözçüsü polkovnik Muhammed Kununu, Sirtə və Cufra şəhərlərinin rus muzdlularından təmizlənməsinin artıq məcburi olduğunu deyib. Kununu “Vaqner” muzdlu döyüşçülərinin Cufra bazasını və hava limanını cənubdakı neft yataqlarını ələ keçirmək üçün əsas mərkəzə çevirdiklərini söyləyib: "Sirtə və Cufranın rus muzdlularından və cinayətkar ünsürlərdən təmizlənməsi hər zamankından daha vacib hala gəldi. Sülh və ya silah gücü ilə bu şəhərləri qurtarmaqda qərarlıyıq".

Ordu sözçüsü adını çəkmədiyi ərəb və xarici ölkələrin, sözügedən muzdluları dəstəklədiyini, onların olduqları bölgələri "qırmızı xətt" adlandırdıqlarını və qoruduqlarını bildirib. O, muzdluların Sirtə və Cufra şəhərlərini işğal etdikləri və liviyalıların çörək qapısı olan neft sahələrini ələ keçirdikləri bir zamanda atəşkəs haqqında danışmağın qəbuledilməz olduğunu deyib.

Qeyd edək ki, Rusiya Liviyanın şərqində üsyançı general Xəlifə Haftar dəstəkləyir. Rusiyanın “Vaqner” muzdlu silahlı qrupunun üsyançı generalın tərəfində Tripolidə yerləşən BMT və xüsusilə də Türkiyənin dəstəklədiyi hökumətə qarşı döyüşdüyünə dair dəfələrlə yüksək tribunalardan bəyanatlar verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.