Sergey Ryabkov: Bu, Rusiyaya qarşı təxribatdır

5-07-2020, 09:47           
Sergey Ryabkov: Bu, Rusiyaya qarşı təxribatdır
Rusiyanın yeni nəsil silahlarını sınaqdan keçirməsi nəticəsində Skandinaviya ölkələrində radiasiya səviyyəsinin artması ilə bağlı iddialar əsassızdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, Rusiyaya qarşı bu cür dezinformasiyalar hər zaman yayılıb:

“Bu, ilk deyil və sonuncu da olmayacaq. Bunların hamısı təxribatdır. Gələcəkdə də yeni sistemlərlə bağlı həm ABŞ rəsmiləri, həm də gizli mənbələr dezinformasiyalar yayacaq”.

Qeyd edək ki, Qərb mətbuatı Rusiyanın “Poseydon” və “Burevestnik” kimi yeni nəsil silah sistemlərini sınaqdan keçirməsi nəticəsində Avropanın şimalındakı bəzi ölkələrdə radiasiya səviyyəsinin artması barədə məlumat yayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.