Məhşur qəzetdən ŞOK AÇIQLAMA: Koronavirus 7 il əvvəl burada yaranıb, 6 nəfər isə...

6-07-2020, 10:18           
Məhşur qəzetdən ŞOK AÇIQLAMA: Koronavirus 7 il əvvəl burada yaranıb, 6 nəfər isə...
Çində meydana gələn yeni növ koronavirusla bağlı İngiltərədə şok iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, "The Sunday Times" qəzeti koronavirusun 7 il əvvəl Çində istifadə edilməyən bir mədəndə meydana gəldiyini yazıb. Qeyd edilib ki, alimlər virusu uzun müddətdir istifadə edilməyən mədəndə kəşf etdikdən sonra onu Vuhan şəhərindəki bir laboratoriyaya göndəriblər:

"Aparılan araşdırmalar koronavirusun 7 il öncə yarasa və siçanların olduğu bir mədəndə kəşf edildiyini göstərir. Alimlər bunu tapdıqdan sonra uzun müddət səssiz qalıblar".

Koronavirusun Çinin cənub qərbindəki bir mis mədənində kəşf edildiyi qeyd olunub:

"2012-ci ildə mədəndə çalışan 6 nəfərdə yüksək hərarət, öskürək və vərəm simptomları meydana gəlib, onlarda 2-si ölüb. Bunlardan 4-də koronavirus təsbit edilib, ölənlər isə testdən keçirilməyib".

Vuhan şəhərindəki institutun dünyadakı ən böyük laboratoriyalardan biri olduğu bildirilən xəbərdə yazılıb ki, Çinin fərqli bölgələrindən koronavirus nümunələri toplanıb buraya gətirilib. Vuhan İnstitutu bu araşdırmaları dayandırıb, çünki o dövrdə koronavirus SARS qədər geniş yayılmamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.