Bu ölkədə virusun ən yoluxucu ştampı yayılıb

6-07-2020, 15:19           
Bu ölkədə virusun ən yoluxucu ştampı yayılıb
Cənubi Koreyada COVID-19-un ən yoluxucu ştampı tapılıb.

Cebhe.info xəbər verir ki, ölkədə koronavirusun bütün yeni ocaqlarının məhz bu ştampdan qaynaqlandığı bildirilir. Bu barədə Xəstəliklərin Profilaktikası və Nəzarəti Təşilatı məlumat yayıb.

Ölkədə mayın əvvəlindən karantin rejimi tədricən yumşaldılıb. Ancaq həmin tarixdən etibarən ölkədə 270 yoluxma əsasən gecə klubu və əyləncə mərkəzlərində qeydə alınıb. Daha sonra paytaxt Seulun yaxınlığındakı Puçxon şəhərindəki məşhur şirkətlərin birinin anbarında çalışan işçilər arasında da yoluxmaya rast gəlinib.

Tədricən bu say artaraq 152-yə çatıb. Əlaqədar qurumlar 526 pasiyentdən alinan analizləri araşdırıb. Məlum olub ki, Cənubi Koreyada son yoluxmalar koronavirusun ən yoluxucu ştampı olan CH-la bağlıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.