İran Ukrayna ilə danışıqlar məhsuldar olub

3-08-2020, 09:48           
İran Ukrayna ilə danışıqlar məhsuldar olub
Müzakirələrin ikinci mərhələsi oktyabrda Tehranda baş tutacaq



İran təyyarə qəzası ilə əlaqədar Ukrayna ilə danışıqlar aparır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İranın Kiyevdəki səfiri Mənüçöhr Moradi xəbər verib.



"İran və Ukrayna arasında olan təzminat mövzusu ilə bağlı danışıqların ilkin mərhələsini müsbət qiymətləndirmək olar. İyulun 30-u və 31-də Kiyevdə keçirilən İranın Ukraynaya təzminat ödəməsi ilə bağlı məsələnin müzakirəsi konstruktiv və məhsuldar olub. Müzakirələrin ikinci mərhələsi oktyabrda Tehranda baş tutacaq”, - deyə səfir bildirib.



Qeyd edək ki, bu il yanvarın 8-də Tehranda 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib. İranın hava hücumundan müdafiə sistemi Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini raketlə səhv salaraq zərbə endirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.