Timoşenko ukraynalıların "faciəvi səhvini" açıqladı”: “Belə prezidenti seçməklə...”

3-08-2020, 10:02           
Timoşenko ukraynalıların "faciəvi səhvini" açıqladı”: “Belə prezidenti seçməklə...”
Ukraynalılar hazırkı hökuməti seçərək “faciəvi səhv” ediblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Ukrayna 112” kanalının efirində Ali Radanın deputatı, Batkivşina partiyasının rəhbəri Yuliya Timoşenko yayıb.

Bununla yanaşı, o, bu səhvi düzəltmək üçün bir fürsətin olduğunu bildirib və bu il ölkədə regional seçkilərin keçiriləcəyini xatırladıb.

“İndi biz ciddi, faciəli bir səhvə yol verildiyini, belə bir hakimiyyətin, belə bir prezidentin seçildiyini, sonra cahil və qeyri peşəkarların hökumətdə olduğunu başa düşdük, ancaq bunu düzəldə bilərik” deyə Timoşenko qeyd edib.

Həmçinin, deputatın fikrincə, Ukrayna vətəndaşlarının əksəriyyətinin, demək olar ki, 70 faizi, ölkənin yanlış istiqamətdə getdiyini düşünür.

Bundan əvvəl, Ali Rada növbəti yerli seçkiləri oktyabrın 25-nə təyin etmişdi, müvafiq qətnamə layihəsi tələb olunan minimum 226 səsin əvəzinə 326 parlamentar tərəfindən dəstəklənib.

Seçkilər Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk bölgələrində baş tutmayacaq. Həmçinin Kiyevin nəzarətində olan Donbass ərazisində regional şuralara seçkilər keçirilməyəcək. Bu ərazilər mülki-hərbi idarələrin tabeliyində qalacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.