"Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb" - ÜST

6-08-2020, 00:03           
"Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb" - ÜST
Son sutka ərzində dünyada koronavirusa 206 mindən çox yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bütün dünyada virusa yoluxanların sayı 18 354 342-yə çatıb. Son gün ərzində COVID-19-a 206 709 yeni yoluxma aşkarlanıb.

Dünyada ümumilikdə 696 147 insan pandemiyanın qurbanı olub. Ötən gün 5 116 daha pasiyent təhlükəli infeksiyadan ölüb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də ÜST koronavirusu pandemiya elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.