“Ukrayna hər gün müharibəyə 10 milyon dollar xərcləyir” - Viktor Yuşşenko

29-04-2015, 11:40           
“Ukrayna hər gün müharibəyə 10 milyon dollar xərcləyir” - Viktor Yuşşenko
“Rusiya ilə mübarizə əslində iki sivilizasiya - Şərq və Qərb arasında gedir. Dağlıq Qarabağ, Dnestryanı, Krım və Donbas kimi bu problemləri Rusiya dünya üçün yaradıb”.

APA-nın xəbərinə görə, bunu Bakı III Qlobal Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edən Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.

V. Yuşşenko bildirib ki, Ukrayna hər gün müharibəyə 10 milyon dollar xərcləyir: “Ukrayna məsələsi dünyanın problemidir. Ukrayna müharibə kontekstində təhlükəsizlik, iqtisadi sahələrdə islahatlar aparmağı düşünür. Biz həm də Ukraynanı təhdid edən Rusiyaya qarşı necə mübarizə aparmağın yollarını axtarırıq. Bu məsələdə bizə beynəlxalq cəmiyyətlərin dəstəyi lazımdır. Belə olsa, problemi beynəlxalq səviyyədə həll etmək olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.