“Evlilikdə zorlama deyilən bir şey yoxdur." Üləma fetvası

29-04-2015, 11:43           
“Evlilikdə zorlama deyilən bir şey yoxdur." Üləma fetvası
Malayziyanın Perak əyalətinin din xadimi Harrusani Zakaria kişilərin yerindən və zamanından asılı olmayaraq arvadları ilə cinsi yaxınlıq edə biləcəkləri barədə fətva verib.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Zakaria qadının kişinin heç bir cinsi istəyini rədd etmək haqqının olmadığını iddia edib. O, hətta lazım olarsa, kişinin “güc tətbiq etmək”, “zorlamaq” haqqının olduğunu söyləyib: “Evlilikdə zorlama deyilən bir şey yoxdur. Bu, Avropalılar tərəfindən uydurulmuş bir yalandır. Bu yalana niyə uyaq ki?”.

Din adamı lazım gəlsə, dəvə belində belə, seksin mümkünlüyünü qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.