ABŞ-ın hərbi təyyarəsi havada yoxa çıxdı

29-04-2015, 12:23           
ABŞ-ın hərbi təyyarəsi havada yoxa çıxdı
Fransanın Amyen şəhərindən qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-135 hərbi-nəqliyyat təyyarəsi La-Manş boğazı üzərində yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” qəzeti məlumat yayıb.

Yoxa çıxmamışdan bir müddət əvvəl təyyarə dispetçer məntəqəsinə həyəcanlı vəziyyətlə bağlı siqnal verib. Təyyarənin çənində 117 ton yanacaq olub.

ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı hadisə ilə bağlı məlumat verməkdən imtina ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.