Ağalarovlar biznesin xilası üçün böyük kreditlər götürdü

24-09-2020, 00:07           
Ağalarovlar biznesin xilası üçün böyük kreditlər götürdü
“Crocus Group” şirkətinin sahibi və prezidenti Araz Ağalarov və oğlu, qrupun birinci vitse-prezidenti Emin Ağalarova şirkətin maliyyə öhdəliklərinin öhdəsindən gəlmək üçün şəxsi kreditlər götürmək məcburiyyətində qalıblar.


Teref.az virtualaz.org-a istinadən bildirir ki, bunu RBK telekanalına müsahibəsində Emin Ağalarov deyib.


"Biz bütün şirkətlər qrupunun sahibi olan atam Araz Ağalarovla şəxsi kreditlər götürmüşük, o daha böyük məbləğdə kredit götürüb", — deyə Emin bildirib.


O dəqiqləşdirib ki, onlar rubl və dollarla kreditləri fərdi fiziki şəxlər kimi götürüblər. E.Ağalarov bildirib ki, özü üçün kredit almağın səbəblərindən biri bankların indi müəssisələrə borc vermək istəməməsidir. İş adamı, kreditlərin ilk növbədə “Sberbank” qarşısında öhdəliklərin öhdəsindən gəlmək və pulun artıq yatırıldığı layihələri başa çatdırmaq üçün lazım olduğunu açıqlayıb.


E.Ağalarov alınan kreditlərin miqdarını açıqlamayıb, ancaq şirkətə məxsus üç “Vegas” ticarət mərkəzinin hər biri üçün 300 milyon dollardan çox borc götürüldüyünü bildirib. RBK, Ağalarovlar tərəfindən alınan kreditlərin məbləği ilə bağlı “Crocus Group”a sorğu göndərib.


Ötən il “Crocus Group” Kaşirsk şosesindəki “Vegas” ticarət mərkəzinin rekonstruksiyasına başlayıb və Agalarov qrupun "gec-tez bütün üç mərkəzdə dəyişikliklər etməyi, onlarda əyləncə payını artırmağı planlaşdırdığını” bildirib. Onun sözlərinə görə, ticarət mərkəzləri əyləncə platformalarına çevrilməlidir. Rekonsepsiyaların dəyəri obyektlərin sahəsindən asılı olacaq və hər bir ticarət mərkəzi üçün təxminən 10-20 milyon dollar təşkil edəcək.


Emin Ağalarov onu da vurğulayıb ki, şirkət üçün ən ağır dövr arxada qalıb: "İşləmədikdə və hər şey bağlandıqda, biz prinsip etibarilə məhkum olunmuşduq, söhbət günlərdən gedirdi; indi biz artıq açıldığımız zaman hər şeyin sabit işləmədiyini, hər şeyin müsbət işarəsi ilə getmədiyini başa düşürük, amma hər halda fəaliyyət göstəririk və bu bizə heç olmasa müəyyən imkanlar verir. Şirkət fəal işləməyə davam edir, çünki "əgər avarları qoyub axınla üzəcəksənsə, perspektiv ehtimalı azdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.