ABŞ-ın Ayova ştatında atışma olub - Ölən və xəsarət alanlar var

27-09-2020, 08:49           
ABŞ-ın Ayova ştatında atışma olub -
ABŞ-ın Ayova ştatının Uoterlu şəhərində baş vermiş atışma zamanı 1 nəfər həlak olub."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis şefi Coel Fisdjerald keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, şəhərin mərkəzi hissəsində qeydə alınan hadisə zamanı daha 11 nəfər xəsarət alıb. Coel Fisdjeraldin sözlərinə görə, "1 nəfər aldığı güllə yarasından ölüb". Yaralılardan 8-i odlu silahdan açılan atəş nəticəsində güllə xəsarətləri alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polisin şefinin qeyd etdiyi kimi, "atışmaya hansısa münaqişə səbəb olub". Binada motosikletçilər klublarının üzvlərinin toplaşdığı ehtimal edilir.

Fisdjerald deyib ki, çoxsaylı şahidlər var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.