Roma Papası eyni cinsdən olan vətəndaş birliyini dəstəklədi

22-10-2020, 10:27           
Roma Papası eyni cinsdən olan vətəndaş birliyini dəstəklədi
Roma Papası Françisk eyni cinsli cütlüklərin vətəndaş birliyində yaşaya biləcəyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

“Homoseksual insanların ailədə olma hüququ var. Tanrının övladlarıdır və bir ailədə yaşamaq haqqı var. Heç kim bu səbəbdən xaric edilməməli və ya əziyyət çəkməməlidir” deyib.

“Vətəndaş birliyi haqqında qanunlar qəbul etməliyik. Beləliklə, qanuni olaraq qorunacaqlar”. Papa bildirib.

Bundan əlavə, o, “Buenos Ayresin Baş yepiskopu olduğu dövrdə, eyni cinsli nikah qanununu dəstəkləməsə də, vətəndaş ittifaqları ilə bağlı qanunvericilik dəyişikliklərini dəstəklədiyinə işarə edərək” müdafiə etdiyini xatırlayıb.

Katolik Kilsəsinin mövcud doktrinasına görə, homoseksuallıq “pis davranış” sayılır.

Keçən il Vatikan bir çox ölkədə qəbul edilmiş müasir cinsiyyət kimliyi konsepsiyasını kəskin tənqid edən bir sənəd yayımlayıb.

Qeyd edək ki, 2003-cü ildə Vatikan İnam Doktrini Cəmiyyəti homoseksual insanlara hörmətin heç bir şəkildə homoseksual davranışın təsdiqlənməsinə və ya eyni cinsli birliklərin qanuni tanınmayacağını bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.