İsveçrənin İrandakı səfirinə etiraz notası təqdim olunub- Səbəb

22-10-2020, 22:58           
İsveçrənin İrandakı səfirinə etiraz notası təqdim olunub- Səbəb
ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə məlumat verib.

O bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlərin təbliğat kampaniyası zamanı İranın ABŞ-dakı seçkilərə müdaxilə etməsi haqqında səslənən fikirləri həqiqəti əks etdirmir və yalandır. İran üçün ABŞ-da kimin prezident olacağının fərqi yoxdur. Bu kimi yalan iddiaların irəli sürülməsi rəsmi Tehranın kəskin etirazına səbəb olub.

Səfir etiraz notasını qarşı tərəfə çatdıracağını bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ-ın milli kəşfiyyat idarəsinin direktoru Con Retkiliff İran ilə Rusiyanın noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyini bildirib. Lakin direktor heç bir sübut təqdim etməyib(azərtac).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.