İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto

28-10-2020, 00:03           
İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
Parisdə Məhəmməd peyğəmbərin karikaturalarını ifadə azadlığı dərsində şagirdlərinə göstərən tarix müəlliminin öldürülməsi böyük qalmaqala səbəb olub. Fransa hökuməti yenə İslam radikalizmindən danışmağa başlayıb.

Müsəlman dövlətləri isə karikaturaların yayılmasından çox qəzəblənib.

Makronun karikaturası

Bizimyol.info xəbər verir ki, İranın konservativ mediasını təmsil edən “Vatan-e Emrooz” satışa Fransa prezidenti Emmanuel Makronun əcaib karikaturası ilə çıxıb. Dövlət başçısı burada iblisə bənzədilib. Karikatura qəzetin ilk səhifəsində verilib.

Makrona həsr olunan yazı “Paris iblisi” sərlövhəsi ilə dərc olunub. Fransa prezidenti karikaturada yırtıcı məxluq kimi təsvir edilib. Onun uzun qulaqları, qırmızı sifəti, qorxulu baxışları var. İran bununla da Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına etirazını bildirib.

Peyğəmbərin karikaturasına görə oktyabrın 16-da Parisdə tarix müəllimi Samuel Pati qətlə yetirilib. Hadisəni 18 yaşlı çeçen Abdulak Anzorov törədib. O, müəllimin başını kəsəndən sonra “Twitter” hesabında meyitin fotosunu yerləşdirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.