Baydenin koronavirus testinin nəticəsi məlum olub

28-10-2020, 07:25           
Baydenin koronavirus testinin nəticəsi məlum olub
ABŞ prezidenti vəzifəsinə Demokrat partiyasından namizəd Cozef Bayden növbəti dəfə koronavirus testindən keçib.

Trend-in məlumatına görə, bu barədə siyasətçinin seçki qərargahından jurnalistlərə bildiriblər.

Məlumata əsasən, C.Baydenin koronavirus testinin nəticəsi mənfi olub: "Sabiq vitse-prezident C.Bayden COVİD-19 testindən keçib. Koronavirus aşkarlanmayıb".

Qeyd edək ki, daha əvvəl Cozef Baydenin nümayəndələri onun bütün koronavirus testlərinin nəticələrini dərc edəcəklərini bildirmişdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.