Bill Qeyts koronavirus testləri barədə: “Boş yerə pul itkisidir”

28-10-2020, 07:32           
Bill Qeyts koronavirus testləri barədə: “Boş yerə pul itkisidir”
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts ABŞ-da hazırlanan bəzi koronavirus peyvəndlərinin effektivliyinə şübhə ilə yanaşıb.

Qeyts 2021-ci ilin əvvəllərində əgər şansları gətirsə, hazırda üçüncü mərhələdə olan altı ABŞ COVID-19 peyvəndindən ikisinin və ya üçünün hazırlanacağını təxmin edir: “Hər hansı bir təhlükəsizlik problemi varsa, onda altısından bəziləri yox ola bilər”.

Bundan əlavə, milyarder bildirib ki, ABŞ-da koronavirusun yayılması ilə əlaqədar vəziyyət payızda daha da pisləşəcək, daha çox infeksiya və ölüm halları baş verəcək və qış havasında vəziyyət daha da çətinləşəcək.

O, COVID-19 testinin tətbiq edildiyi üsulların effektivliyinə şübhə ilə yanaşıb və onları “Boş yerə pul itikisi” adlandırıb.//Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.