Timoşenko: “Məni həbs edəcəklər”

4-05-2015, 17:38           
Timoşenko: “Məni həbs edəcəklər”
“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko yenidən həbs oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə o özü “Şuster live” proqramında məlumat verib. Onun sözlərinə görə, ölkədə olan gizli qanunsuzluq barədə ictimaiyyəti xəbərdar etməsi və həyata keçirə biləcəyi yeni islahatları ilə ölkədə baş verəcək çaxnaşmanın qarşısını almaq istəyi onun həbsi ilə nəticələnə bilər.

Eyni zamanda xanım siyasətçi bildirib ki, Ukraynada üçüncü inqilab gözlənilir. Buna səbəb kimi o, günü-gündən yüksələn kommunal xərcləri və ukraynalı vətəndaşın orta gəlir hesabının keçmiş ilə nisbətdə 2 dəfə aşağı enməsini göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.