“Harda görünüb ki, arvad ərinin varisi olsun?”

5-03-2016, 09:38           
“Harda görünüb ki, arvad ərinin varisi olsun?”
Bu günlərdə 92 yaşını qeyd edən və bu səbəbdən dünyanın diqqətində olan Zimbabve prezidenti Robert Muqabe dövlət telekanalı ZBC TV-yə verdiyi müsahibədə deyib ki, 100 yaşına qədər yaşamaq və hakimiyyətdə qalmaq niyyətindədir. 35 yaşlı Muqabe əmin edib ki, onun varisi demokratik yolla seçiləcək, bəzilərinin düşündüyü kimi hakimiyyət avtomatik olaraq onun arvadına keçməyəcək.

Varis barədə suala cavab verən Muqabe deyib: “Varis nəyə lazımdır? Mən hələ buradayam. Nəyə görə siz varis istəyirsiniz? Mən deməmişəm ki, istefaya hazırlaşıram”.

Zimbabve prezidentinin sözlərinə görə demokratik partiyalarda liderləri təyin etmirlər, qurultayda seçirlər. Muqabe həyat yoldaşı Qreysin karyerasındakı sürətli irəliləyişlərdə rolunun olduğunu da inkar edib. “Bəziləri deyir ki, prezident taxt-tacı həyat yoldaşına ötürmək istəyir. Siz harda görmüşünüz ki, hətta bizim mədəniyyətdə olsa belə, arvad öz ərinin varisi olsun?”-Muqabe bildirib.

Zimbabve müxalifəti deyir ki, ölkədə hakimiyyəti qocalmış prezidentin nisbətən gənc arvadı ələ alıb. O, hakim partiyada əsas postlardan birini tutur. Muqabe isə deyir ki, özü 100 yaşına qədər prezident olacaq: “Xoşbəxtəm, çünki nəzərdə tutduğum yaşa qədər yaşamağa hazırlaşıram. Bilirsiniz, mən 100 il yaşamaq istəyirəm, yəni hələ 8 il qalıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.