ABŞ B-52-ni Yaxın Şərqə göndərdi

5-03-2016, 12:09           
ABŞ B-52-ni Yaxın Şərqə göndərdi
ABŞ B-52 bombardmançısını İŞİD-lə mübarizə üçün Yaxın Şərqə göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Foks nyus” kanalı Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.

Bombardmançılar apreldən etibarən İŞİD-i vurmağa başlayacaq. Göndərilən bombardmançıların və heyətin sayı bəlli deyil.

B-52 hazırda İraq və Suriyada İŞİD-ə qarşı istifadə olunan B-1B qırıcılarını əvəzləyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.