Roma Papası qatili belə müqəddəsləşdirir - Qırmızıdərililər insan deyilmi?

5-05-2015, 12:06           
Roma Papası qatili belə müqəddəsləşdirir - Qırmızıdərililər insan deyilmi?
Vatikanın tarixi mövzuda savadsızlığı bir daha gündəmə gəlib.

Keçən ay tarixçilərin yerinə danışan, 1915-ci il hadisələrilə bağlı Türkiyəni mühakimə edən Papa Francis bu dəfə Amerika yerlilərini incidib: onları qətl edən adamı “əziz”ləməyə hazırlaşır.

18-ci əsrdə yerliləri katolikləşdirmək üçün mərhəmətsiz bir qırğın kampaniyası icra edən ispan missioneri Hunipero (Junipero) Serranı "əziz" elan edəcəyini açıqlayan Papaya qırmızı dərililər tərəfindən sərt reaksiya gəlib.
Xatırladaq ki, missionerlik vəzifəsi əsnasında mərhəmətsiz üsullara əl atan, yerli əhalinin “soyqırımçı” adlandırdığı Serranı 1988-ci ildə ilk dəfə olaraq “əzizlik mərtəbəsinə aparan” adam Papa 2-ci John Paul olmuşdu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.