Tiflis İrəvanı sıxışdırır: - Skandal böyüyür

5-05-2015, 16:50           
Tiflis İrəvanı sıxışdırır: - Skandal böyüyür
Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb.

Bununla bərabər isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın Baş naziri Ovik Abramyana zəng edərək məsələni izah etməsini istəyib. Dünən həmçinin Gürcüstanın Ermənistandakı səfiri Tengiz Şarmanaşvili də Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Şarmanaşvili burada Xarici İşlər nazirinin müavini Sergey Manasaryanla görüşüb. Hələlik heç bir tərəf görüşlər zamanı hansı məsələlərin müzakirə olunduğu haqqında rəsmi məlumat yaymayıblar.

Qeyd edək ki, bir müddət öncə “Cənubi Osetiya Parlamenti”nin rəhbəri Anatoli Bibilov Ermənistan Parlamentinin rəhbəri Qalust Saakyanla görüşmüşdü. Dünən Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi David Kereselidze keçirdiyi brifinqdə bu məlumatın təsdiqlənəcəyi zaman İrəvana çox sərt reaksiya verəcəklərini bildirmişdi. İrəvan isə hələlik bu görüşün rəsmi xarakter daşımadığını deməklə məsələni boynundan atmağa çalışır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.