Rusiya Qarabağda seçkiləri tanımağı tələb etdi

5-05-2015, 17:49           
Rusiya Qarabağda seçkiləri tanımağı tələb etdi
Rusiyadan olan müşahidəçilər xüsusi bəyanatla çıxış edib.
May ayının 3-də Qondarma Dağlıq Qarabağ Respublikasında parlament seçkiləri keçirilib. Məlum olduğu kimi, ABŞ, Ukrayna, ATƏT kimi ölkələr və təşkilatlar bu seçkiləri tanımadıqlarını bildiriblər.
Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilir ki, Ukrayna Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilmiş bu seçkiləri tanımır və bu seçkiləri legitim hesab etmir. Bəyanatda daha sonra qeyd olunur ki, Ukrayna bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını vacib hesab edir. Azadlıq.info-nun məlumatına görə, Rusiyanın “İnterfax” agentliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyanı və bəzi digər ölkələri bu “seçkilərdə” müşahidəçi kimi təmsil etmiş şəxslər BMT-i seçkilərin nəticəsini tanımağa çağırır. Rusiyadan olan müşahidəçilər xüsusi bəyanatla çıxış edərək seçkilərə yüksək qiymət verdiklərini bildirir və BMT üzvü olan ölkələrdən seçkiləri tanımağı xahiş edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.