İŞİD Mahaçqala yaxınlığında partlayışa görə məsuliyyəti üzərinə götürüb

30-03-2016, 15:46           
İŞİD Mahaçqala yaxınlığında partlayışa görə məsuliyyəti üzərinə götürüb
İŞİD ("İslam dövləti") terror təşkilatı Mahaçqala yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb. Trend Reyters-ə istinadən xəbər verir ki, bu barədə İŞİD-ə yaxın sayılan "Amaq" agentliyi bildirib.

Terror təşkilatından deyiblər ki, partlayışı onların yerli özəyi törədib.

İslamçı qruplaşmaların aktivliyinin müşahidəsini aparan SITE Intelligence Group şəbəkəsi həmçinin İŞİD-in bu partlayışa aidiyyatı olmasına dair xəbər yayıb.

Xatırladaq ki, ötən gün yerli vaxtla 21.00 radələrində Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” və "UAZ" markalı hərbi maşınları partladıblar.

RİA Novosti-nin məlumatına əsasən, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində iki hərbçi yaralanıb, biri isə ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.