Obama: “Mikrofon tutmaqla jurnalist olmur”

30-03-2016, 22:39           
Obama: “Mikrofon tutmaqla jurnalist olmur”
ABŞ Prezidenti Barak Obama dünən Vaşinqtonda baş tutan Robin Toner Mükafatının təqdimetmə mərasimində jurnalistlərdən şikayətlənib.

Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri seçki kampaniyası zamanı jurnalistlərin araşdırma aparmadığını deyib:

"Yaxşı bir iş hazırlamaq birinə mikrofon uzatmaqdan daha çox zəhmət tələb edir. Araşdırmaq, sorğulamaq, daha dərinə enmək və daha çoxunu istəmək lazımdır. Əgər bu olsa, seçicilərə daha yaxşı xidmət etmiş olarsınız. Oxucunun dərin xəbərlərə ehtiyacı var. Tələsik yozumlar, Tvitter iddiaları və məşhurların dedi-qodularından xəbərlər hazırlansın deyə jurnalistlər üzərində böyük təzyiq var. 10, 20, 50 il sonra bu günü yada salan heç kim ən çox paylaşılan tvitlərə baxmayacaq. Ağıllı araşdırmaları axtaracaqlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.